UEFA türk hakim Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni turnirdən kənarlaşdırmağa qərar verib.
Bakıvaxtı.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub.
Daha əvvəl "Milan"ın baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.
Qeyd edək ki, Cüneyt Çakır sözügedən matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, "Milan"ınqapısına penalti təyin edib. Abdulkadir Bitigen bu oyunda VAR hakimi olub.(qol.az)
















