DİM sədri: “Hər ay cəmiyyəti maraqlandıran əsas suallar əsasında ictimai müzakirələr keçirəcəyik”
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər ayın əvvəlində müzakirə mövzusu ictimaiyyətə təqdim olunacaq və ayda bir dəfə açıq ictimai müzakirə təşkil ediləcək.
“Sentyabr ayından etibarən bu müzakirələrə start verəcəyik. Bu addım fəaliyyətimizin daha da şəffaf və açıq olmasına xidmət edəcək”, – Abbaszadə vurğulayıb.
Mina Mikayılova