Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.
Bu haqda Bakıvaxtı.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilir ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr, saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.