• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi - VİDEO

CƏMİYYƏT

08 Oktyabr 2025 | 18:31 | Müəllif: Subhan Mahmudov

Bakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi - VİDEO

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospekti və ətraf küçələrində maarifləndirici tədbir keçiriblər.

Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq edilib, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.

Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.

Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.


Bakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi - VİDEOBakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026