Şəhər yollarında ən çox əsəbləri tarıma çəkən hallardan biri də tıxac zamanı soldan, yəni növbəni pozaraq önə keçməyə çalışan sürücülərdir. Hamı saatlarla tıxacda gözləyərkən, bəziləri qaydanı pozub özünü "ağıllı" sayır və qarşıdakı zolaqlardan sıxılıb önə keçməyə cəhd edir. Nəticədə nəinki özlərinə, həm də yüzlərlə sürücüyə əlavə problem yaradırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə milli.az məlumat yayıb.
Bu cür davranış sadəcə qayda pozuntusu deyil, həm də hörmətsizlikdir. Tıxacda hər kəsin vəziyyəti eynidir, amma bəziləri səbir və ədalət anlayışını bir kənara qoyur. Soldan girib sıxlıq yaradan sürücülər, axını daha da ləngidir və nəticədə hamının yolu uzanır.
Yol mədəniyyəti təkcə sükan arxasında bacarıqlı olmaqla ölçülmür. Əsl sürücü qaydalara riayət edən, digərlərinin haqlarına hörmətlə yanaşandır. Tıxacda qaydaya əməl etmək sadə görünə bilər, amma bu, həm mədəniyyətin, həm də vicdanın göstəricisidir.
Bu kimi hallardan biri Türkiyədə yaşanıb. Sürücü həmin şəxsin avtomobilini sıxıb, sonra da onu polisə verib.
Görüntüləri təqdim edirik:
Bakı 



