Böyük Britaniyanın hakimiyyət orqanları fotoşəkillərdən istifadə edərək insanları çılpaq hala salan mobil tətbiqləri qadağan etməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Qeyd olunur ki, “soyunma” funksiyasına malik bu proqramlar insanların fotolarından geyimləri silən “deepfake” texnologiyasından istifadə edir. Neyroşəbəkə sonradan həmin görüntülərə saxta çılpaq sahələr əlavə edir.
Məlumata görə, Böyük Britaniya hökuməti qadınlara və qızlara qarşı zorakılıqla mübarizə strategiyasının bir hissəsi kimi bu cür tətbiqlərin istifadəsinə qadağa qoyulmasını təklif edəcək.
Bakı 



