Bakıda “Azərenerji” ASC-nin dəstəyi ilə çəkilmiş “Işığa qayıdış” adlı sənədli filmin təqdimatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, enerji sektorunun təmsilçiləri, media nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Film Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası, yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası, həmçinin bölgələrin sürətli bərpası prosesində “Azərenerji”nin rolundan bəhs edir.
Ekran işi Qarabağın və Şərqi Zəngəzurun enerji təminatının necə bərpa olunduğunu, işığın illər sonra doğma yurdlarına qayıdan insanların həyatına necə nur gətirdiyini əks etdirir.
Təqdimat zamanı çıxış edənlər “Azərenerji”nin ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, həmçinin azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının reallaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Bakı 








