• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

DİQQƏT! - Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş... - VİDEO

CƏMİYYƏT

24 Yanvar 2025 | 00:51

DİQQƏT! - Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş... - VİDEO

Çatdırılma şirkətləri adından vətəndaşlara saxta mesajlar göndərilir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, son zamanlar bu kimi dələduzluq halları artıb.

Daşınma şirkətlərindən birindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşa hər hansı şübhəli mesaj göndərilərsə, həmin şəxs sifarişi etdiyi mərkəz ilə əlaqə saxlamalıdır. Çatdırılma şirkətlərindən isə o da qeyd edildi ki, onlayn ödənişlər yalnız sifarişin yaradılması zamanı həyata keçirilir.

Saxta mesajlarda göndərilən linkə daxil olduqda isə vətəndaşların məlumatları ələ keçirilir.

Daxili İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, sifariş gözləyən hər bir vətəndaş diqqətli olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


SON XƏBƏRLƏR

23 Yanvar 2025