• Bakı 10° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Dirijor Rauf Abdullayevin vəziyyəti AÇIQLANDI

CƏMİYYƏT

05 Yanvar 2026 | 16:22

Dirijor Rauf Abdullayevin vəziyyəti AÇIQLANDI

Məşhur dirijor, professor Rauf Abdullayevin son durumu açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Rauf Abdullayev ambulator müalicə üçün evə buraxılıb:

"Rauf Abdullayev ayağından əməliyyat olunmuşdu. Sözügedən əməliyyatdan sonra yara yerində infeksiya müşahidə edilmişdi, şəkəri və arterial təzyiqi çox yüksək idi. Bakı Sağlamlıq Mərkəzində müalicələri aparıldı, infeksiyanın qarşısı alındı. Səhhəti yaxşılaşdı və bundan sonra Reabilitasiya Mərkəzinə göndərildi. Artıq vəziyyəti yaxşı olduğuna görə bir müddət öncə ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, oktyabrın 28-də Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.


SON XƏBƏRLƏR

06 Yanvar 2026