• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dövlət əmlakının icarəsindən büdcəyə daxil olan vəsait

İQTİSADİYYAT

26 Sentyabr 2022 | 15:28

Dövlət əmlakının icarəsindən büdcəyə daxil olan vəsait

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elmar Yaqubov deyib. O bildirib ki, hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib. Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.


Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2.847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur. Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.
 


SON XƏBƏRLƏR

25 Aprel 2024