• Bakı 22° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Dövlət və özəl müəssisələrlə əməkdaşlıq hansı qaydada qurulur?

CƏMİYYƏT

07 Oktyabr 2025 | 10:00

Dövlət və özəl müəssisələrlə əməkdaşlıq hansı qaydada qurulur?

“Dövlət və özəl müəssisisələr ilə aparılan əməkdaşlıq "Sanitariya-epidemioloji Salamatlıq haqqında" Qanuna istinad edərək, müəyyən qaydalara və mərhələlərə əsaslanaraq qurulur”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, əməkdaşlığın uğurlu olması üçün hüquqi, maliyyə və idarəetmə çərçivələri düzgün müəyyənləşdirilməlidir:

“Aşağıda bu əməkdaşlığın necə qurulması ilə bağlı əsas qaydalar və mərhələlər təqdim olunur və əməkdaşlıq müqavilə əsasında həyata keçirilir. Xidmətlər təqdim olunur, hansılar ki müqavilədə öz əksini tapır.

Əməkdaşlığın bütün şərtləri isə müqavilədə qeyd olunur. Tərəflərin öhdəlikləri, müddət və nəticələrin qiymətləndirilməsi, habelə şəffaflıq təmin olunur. Həmçinin, keyfiyyət və vaxt göstəriciləri izlənilir”. 

S.Nəcəfova qeyd edib ki, əməkdaşlığın şərtləri, davamlı və dayanıqlı inkişafı tərəflərin qarşılıqlı razılığı əsasında qurulur və formalaşır: 

“Əməkdaşlığın dayanıqlı inkişafı üçün əsas və optimal inkişaf proqramları qurulmalı və qarşılıqlı strateji əməkdaşlıq layihələri hazırlanmalıdır. Əməkdaşlığın hər bir mərhələsində analitik təhlil aparılmalı və növbəti mərhələnin layihəsi hazırlanmalıdır”. 
 


SON XƏBƏRLƏR

06 Oktyabr 2025