Bu gün Bakının Səbail və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və "8-ci Mədən" QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq:
“Təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.
Bakı 



