• Bakı 10° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.8808

    RUB - 1.9773

DSX mayoruna hücum edən kikboksçularla bağlı QƏRAR

HADİSƏ

04 Aprel 2025 | 13:01

DSX mayoruna hücum edən kikboksçularla bağlı QƏRAR

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb.

Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.

Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.

Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR