• Bakı 14° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

“Xalaoğlum bir tərəfə, mən o biri tərəfə düşmüşəm” - VİDEO

HADİSƏ

03 May 2025 | 11:40

“Xalaoğlum bir tərəfə, mən o biri tərəfə düşmüşəm” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə olan hər iki şəxs sağ qalıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəzadan sağ qurtulan sürücü həmin anları “Xəzər Xəbər”ə danışıb.

“Mən üzü aşağı gəlirdim, “Mercedes” qarşıma çıxdı. Ondan sonra kanala düşdük. Daha sonrası yadıma gəlmir. Kanalda su çox olub. Xalam oğlu bir tərəfə, mən o biri tərəfə düşmüşəm”.

Qeyd edək ki, hadisə Barlı kəndində, saat 16:00 radələrində qeydə alınıb. Zərbənin təsirindən sürücü və sərnişinin avtomobilin şüşələrindən çölə çıxaraq sağ qalması sevindirici hal kimi qarşılanıb. Bu qəzanı Bakıda ötən ay baş vermiş “uçan taksi” qəzası ilə müqayisə edənlər də olub. 

Faktla bağlı araşdırma aparılır.

Ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

03 May 2025