Sumqayıtda evdə kişi meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Məmmədov İltifat Futat oğlunun meyiti yaşadığı evin eyvanında aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır./apa