Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiya millisinin kapitanı ötən gün DÇ-2026-nın seçmə mərhələsində Çexiya yığması ilə görüşdə (5:1) penaltidən qola imza atıb.
39 yaş 9 aylığında fərqlənən Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı avropalı futbolçu olub.
Qeyd edək ki, əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekoya məxsus idi. O, 39 yaş 2 aylığında olarkən iyunun 7-də San Marino ilə matçda (1:0) qol vurmuşdu.