• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

“Roma”nın futbolçusu İstanbul klubuna keçdi

İDMAN

09 Iyul 2025 | 18:36

“Roma”nın futbolçusu İstanbul klubuna keçdi

Türkiyənin “Başakşəhər” komandası “Roma”nın futbolçusu Eldor Şomurodovu icarəyə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, özbəkistanlı hücumçu qarşıdakı bir il ərzində İstanbul təmsilçisinin formasını geyinəcək. Bu keçid üçün İtaliya klubuna 3 milyon avro ödəniləcək.

“Başakşəhər” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.


SON XƏBƏRLƏR