• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Tofiq Bəhramov Stadionu beynəlxalq assosiasiyaya üzv oldu

İDMAN

09 Iyul 2025 | 18:58

Tofiq Bəhramov Stadionu beynəlxalq assosiasiyaya üzv oldu

Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.

Gənclər və İdman Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu üzvlük arenanın beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.

Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib. Paylaşımda 31200 tamaşaçı tutumu olan, Azərbaycan milli komandası və "Qarabağ"ın ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.


SON XƏBƏRLƏR