• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Baş məşqçi: "Bugünkü oyunda bütün futbolçular istəkli idi"

İDMAN

09 Iyul 2025 | 17:55

Baş məşqçi: Bugünkü oyunda bütün futbolçular istəkli idi

"Araz-Naxçıvan"ın futbolçuları yoxlama oyununda Türkiyə təmsilçisi “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəldikləri matçda istəkli idi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş məşqçi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb:

“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.


SON XƏBƏRLƏR