• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum edib

İDMAN

09 Iyul 2025 | 19:54

Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum edib

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib.

İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır.

“Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət hökmü çıxarır”, - məlumatda deyilir.

Qeyd edək ki, Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. “Relevo” portalının məlumatına görə, ittiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real Madrid”dəki maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən yox. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib.


SON XƏBƏRLƏR