• Bakı 16° C

    2.71 m/s

Dünyada pandemiyanın üçüncü dalğası BAŞLADI

DÜNYA

15 Iyul 2021 | 12:36

Dünyada pandemiyanın üçüncü dalğası BAŞLADI

Dünya ölkələri COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.

Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb.

O əlavə edib ki, yoluxmanın artmasının əsas amillərindən biri koronavirusun "delta plus" ştammının yayılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026