• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Merkel 15 min avro pensiya azalacaq

DÜNYA

14 Avqust 2021 | 00:31 | Müəllif: Subhan Mahmudov

Merkel 15 min avro pensiya azalacaq

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Vergi Ödəyiciləri Federasiyasının hesablamalarına istinadən DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu məbləğ Merkelin uzun müddət Bundestaq üzvü olması və eyni zamanda Almaniya kansleri vəzifəsini icra etməsini əhatə edir.

1954-cü ildə anadan olan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olub. O, 2005-ci ildən Almaniyanın kansleri vəzifəsini icra edir.

Sentyabrın 26 -da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyini irəli sürməyib və seçkilərdən sonra siyasətdən getmək istədiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026