Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun giziri Tunar Babayev vəfat edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mərhum hərbi qulluqçu əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun keçmiş Qarababa kəndindən olub.
Tunar Babayev uzun illər Heydər Əliyev adına Hərbi Liseydə yeməkxana rəisi vəzifəsində çalışıb. O, Əlahiddə Ümumqoşun Ordusunun Təlim və Tədris Mərkəzinin məzunlarından idi.
Hərbçi yoldaşlarının sözlərinə görə, onun Azərbaycan Ordusu sıralarından təqaüdə çıxaraq ehtiyata buraxılmasına çox az vaxt qalmışdı.
Qeyd edək ki, Tunar Babayevin vəfatı hərbi ictimaiyyət və onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb.
Allah rəhmət eləsin.
Murad İsmayıl
Bakı 



