2026-2029-cu illəri əhatə edən yeni ortamüddətli dövr ölkənin qarşısında aktual inkişaf tendensiyaları ilə bağlı yeni strateji çağırışlar və məqsədlər müəyyənləşdirir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında çıxış edərkən bildirib.
O qeyd edib ki, cari ilin keçmiş dövründə Prezidentin xarici səfərləri və yüksək səviyyəli görüşləri Azərbaycanın iqtisadi fəaliyyətinə əlavə dinamika qatıb.
Baş nazirin sözlərinə görə, 8 avqustda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı imzalanan sənədlər, xüsusilə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsini təmin edən razılaşma, regionda davamlı sülhün təmin edilməsinə, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edəcək.
Ə.Əsədov əlavə edib ki, bu dövrdə əldə olunan uğurlar iqtisadi sabitliyin qorunmasına, yeni sərmayələrin cəlbinə və Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinə təkan verir.
Əli Hüseynov
Bakı 




