“Hamınıza məsləhət görürəm ki, insanların arasına çıxın, insanların arasında olun. Mən ictimaiyyətin tandığı insanları nəzərdə tuturam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər deyib.
O, aparıcısı olduğu “Elgizlə izlə” proqramında məşhur müğənnilərdən gileylənərək onları tənqid edib.
“Qaçırlar, şüşələri də bərk-bərk bağlayırlar. Əlacları olsa başlarına torba taxarlar. Hara qaçırsan? Səni adam edən insanlardır da. Onlardan niyə qaçırsan?”, - deyə Elgiz Əkbər irad bildirib.
Ziyafət Əlisoy















