• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Mən olsam, üzr istəməzdim”

MƏDƏNİYYƏT

06 Fevral 2024 | 11:12

“Mən olsam, üzr istəməzdim”

Xalq artisti Flora Kərimova Əməkdar artist Elza Seyidcahanla aralarındakı qalmaqaldan danışıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə “Space star” verilişinə müsahibə verib.

O, Elza Seyidcahanın yerində olsa, üzər istəməyəcəyini bildirib:

“Aman aman, öyrənilmiş xüsusiyyətə tövbə yoxdur. Min dəfə düşün, bir dəfə danış. Bu xanımın hövsələsi yoxdur (Elza Seyidcahanı nəzərdə tutur – red). Mən özümü elə aparsaydım, üzr istəməzdim”.

Qeyd edək ki, bir neçə həftə öncə, Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanıb. Geyimlərini tənqid edən Xalq artistinə əsəbləşən Əməkdar artist mikrofonu yerə çırparaq efiri tərk edib. Bu da sənət adamları və izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qalmqaldan bir neçə saat sonra isə, Elza Seyidcahan efirə zəng vuraraq Flora Kərimovadan üzr istəyib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026