Məşhur müğənni Selin Dion uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Bakıvaxtı.az “Daily Mail” yə istinadən xəbər verir ki, 55 yaşlı sənətçi Los-Ancelesdə keçirilən Qremmi mükafatlarının təqdimetmə mərasiminə qatılaraq “İlin albomu” nominasiyasında qalibi açıqlayıb.
Dion alqışlarla qarşılanıb.
Müğənnini oğlu Rene-Şarlz müşayiət edib.
Qeyd edək ki, 2023-cü ildə müğənniyə nadir nevroloji xəstəlik - əzələ sərtliyi sindromu diaqnozu qoyulub.
Günəş Mərd


jpg-1707135814.jpg)













