Avstraliyalı aktyor və “Euphoria” serialının ulduzu Ceykob Elordi radio müxbirinə hücum etməkdə günahlandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Avstraliyanın KIIS FM radiosunun müxbiri Coşua Foks bildirib ki, o, 26 yaşlı aktyoru Sidneydəki barlardan birinə qədər izləyib və sonra müsahibə üçün ona yaxınlaşıb.
Aktyor müxbirdən çəkiliş edilməməsini xahiş edib. Lakin Foks onunla razılaşmayıb.
Müxbirin sözlərinə görə, bundan sonra Ceykob onu divara dirəyib və əlləri ilə boğazından yapışıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Günəş Mərd
















