• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qalmaqal alovlandı: “Roza “hegemon” olmaq istəyir?”

MƏDƏNİYYƏT

06 Fevral 2024 | 10:42

Qalmaqal alovlandı: “Roza “hegemon” olmaq istəyir?”

Xəbər verdiyimiz kimi, bir neçə həftə öncə müğənni Roza Zərgərli özünü şou biznesin “hegemonu” adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Zərgərlinin bu fikri şou sakinləri tərəfindən birmənalı qarşılanmayıb.

Roza ilə bir vaxtlar qalmaqal yaşayıb, münasibətlərini sonlandıran Nərmin Kərimbəyova həmkarının iddialarına münasibət bildirib.

“Maqazin plus” verilişinə müsahibə verən Nərmin Rozanın bu istəyinin mümkünsüz olduğunu deyib:

“Bu elə bir fikirdir ki, nəsə demək çətindir. Mənimsə belə bir iddiam yoxdur. Əslində yaxşı fikirdir. Roza xanım “hegemon” olmaq istəyir? Qoy olsun. Əgər onun istəyi belədirsə, olsun”.

Yerli şou biznesin bir parçası olan ifaçı şou sakinlərindən gileylənib:

“İndi şou biznes elə haldadır ki… Əvvəl qurulurdu, İlhamə xanım təməlini qoydu, sxem var idi, sistem var idi. İndi nə sxem var, nə də sistem. Gündə bir müğəni ortaya çıxır”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR