• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əli Əsədov Məhəmməd Mohberlə görüşdü

CƏMİYYƏT

06 Oktyabr 2022 | 16:25

Əli Əsədov Məhəmməd Mohberlə görüşdü

Moskvada Azərbaycan Baş naziri Əli Əsədovla İranın vitse-prezidenti Məhəmməd Mohber arasında ikitərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanla İran arasında münasibətlər müzakirə olunub.

M. Mohber görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında sazişlər, əldə olunan razılaşmalar uğurla həyata keçirilir.

İran vitse-prezidenti bildirib ki, Prezident İbrahim Rəisi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək və ölkə ərazisindən keçəcək yolun çəkilişini tezləşdirmək barədə göstəriş verib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026