Cənubi Amerika ölkəsi Venesuelanın şərqində yerləşən Anzoateqi əyalətində təsirli olan leysan yağışları, sel və torpaq sürüşmələrini də özü ilə birlikdə gətirib. Sel katanı önünə sürüklədiyi üçün yollar palçıqla örtülmüşdü.
Bakıvaxtı.az xəbər verir ki, 300-ə yaxın ev və infrastruktura ciddi ziyan dəyib. Əyalət qubernatoru Luis Markano 6-nın Puerto-La Kruz şəhərində, 1-inin isə yaxınlıqdakı Quantada olmaqla ümumilikdə 7 nəfərin həyatını itirdiyini açıqlayıb.
Digər tərəfdən, oktyabr ayından təsirli olan leysan yağışları və torpaq sürüşmələri ölkənin müxtəlif bölgələrində insan tələfatına səbəb olub və böyük maddi ziyan vurub.
Aytac Aslan















