• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Fiber Karton" şirkəti məhkəməlik oldu 

CƏMİYYƏT

05 Dekabr 2022 | 14:40

"Fiber Karton" şirkəti məhkəməlik oldu

Metal məmulatlar istehsalı edən"Fiber Karton" MMC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə protokol tərtib edərək işi Abşeron rayon Məhkəməsinə göndərib.

İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

"Fiber Karton" MMC-nin nizamnamə kapitalı 200 min 100 manatdır. Şirkətin qanuni təmsilçisi Salmanov Ceyhun Əzizağa oğludur. 

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026