“Heç kim məndən inciməsin, mən düzü deyəcəm. Ömrüm boyu Elməddin Cəfərova minnətdaram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova “O üz” verilişində deyib.
Sənətçi komediya aktyoru Elməddin Cəfərovdan danışaraq, onu yerə-göyə sığdırmayıb:
“Mən ondan çox razıyam. O, çox gəncləri tanıdır. Onun serialında oynayan hər bir aktyor, aktrisa lazimi qədər tamaşaçı kütləsinə çıxa bilir. Mənim özüm də, qızım da bu qəbilədənik… Mətanət xanımın (Mətanət Əlverdiyevanı nəzərdə tutur - red) özünü də Elməddin kəşf edib. Elməddin Azərbaycanın Şabanıdır. Görürsünüzmü o seriallarda necə hərəkətlər edir? Tamaşaçı bunların hamısını qiymətləndirir”.
Ziyafət Əlisoy