“Yəqin ki, bu qədər illərdən sonra o söhbətlər bitər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Natavan Həbibi “Qonaqcanlı” verilişində deyib.
Müğənni Xalq artisti Aygün Kazımova ilə aralarındakı qalmaqaldan danışıb.
O, yaşananlardan sonra Kazımova ilə heç bir münasibətinin olmadığını bildirib:
“Mən çoxdandır heç kimlə görüşmürəm. Aygün Kazımovanı da uzun zamandır görmürəm. Bu söhbətlər mənə qəribə gəlir. Mən onları unutmuşam. Ümumiyyətlə, bu mövzular niyə olub ki? Bu söhbətlər çox lazımsız idi. Çox dərinliyə getmişdilər. Artıq mənə maraqlı deyil".
N.Həbibi deyib ki, münasibət səmimi olmalıdır, dürüst olmalıdır:
"Oyunlar bitməlidir. Bitməyibsə, mən də bitirmərəm”.
Ziyafət Əlisoy
















