• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Meyxanaya gəlməmişəm ki, gedəm də”

MƏDƏNİYYƏT

21 Iyun 2024 | 10:37

“Meyxanaya gəlməmişəm ki, gedəm də”

“Mən meyxanaya gəlməmişəm ki, gedəm də”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Aydın Sani “Elcanlı” axşam şousunda deyib.

O, həmkarlarının meyxanadan uzaqlaşmasına da fikir bildirib:

“Meyxana sferasında olanlar dostlarımdır. Mən zamanında meyxana demişəm, amma o cameədə olmamışam. Sistemin necə olduğunu yaxşı bilirəm. Gedənlərin də öz işləridir”.

Aydın proqramın aparıcısı Elcan Rəsulovun “Son dövrlər ən çox bəyəndiyiniz meyxanaçı kimdir” sualına belə cavab verib:

“Əgər əyləncə, şou tərəfdən götürsək Balaəli deyərdim. Onu çox istəyirəm. Balaəli dişi, dırnağı ilə bu pillələrə gəlib. Klassik əruz vəznində isə başqa meyxanaçılarımız var. Yenə deyirəm, mənə şou lazımdırsa, Balaəliyə, Pərviz Bülbüləyə baxaram”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026