Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova ötən gün bəzi sənətçilərin ona qarşı soyuq münasibətindən gileylənib.
Bakıvaxtı.az xəbər verir ki, İsmayılova bu dəfə sosial media hesabında növbəti paylaşımını edərək məsələyə aydınlıq gətirib.
Aysun şərhlərdə onu tənqid edənlərə iradını bildirib:
“Bəziləri yazırlar ki, “sözün varsa, üzünə de də. Niyə “Instagram”da paylaşım edirsən?” Birincisi mənim təbiətimdə kiminləsə telefonda və yaxud ağız-ağıza dava aparmaq, dalaşmaq kimi xüsusiyyət yoxdur. Heç kiminlə də dava-dalaş etmirəm, etməmişəm, etmərəm də. O videonu ona görə paylaşdım ki, həmin insan özü bilir deyə, başa düşsün ki, biz də “tupoy” deyilik, ağılsız deyilik. Biz də hər şeyi görə bilirik. Sadəcə yaşına görə hörmət edirik və tərbiyəmiz əl vermir”.
Ziyafət Əlisoy









jpg-1721379486.webp)






