• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Əminə etdiyi OĞURLUQDAN DANIŞDI

MƏDƏNİYYƏT-ŞOU

23 May 2024 | 11:33

Əminə etdiyi OĞURLUQDAN DANIŞDI

Müğənni Əminə Şirin növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləməyi bacarıb.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı mərhum babasından danışıb.

O, illər öncə etdiyi oğurluğa görə babasının ona əsəbləşdiyini bildirib:

“O vaxt Leonardo DiKaprionun şəkilləri satılırdı. Çox məşhur vaxtları idi. Babamdan o şəkillərdən almasını istədim, o da aldı. Birinin pulunu verdi, mənsə artıq 10-unu oğurlamışdım. Çünki uşaq idim. Evə çatanda bunu babama dedim, o da əsəbləşdi. Dedi ki, “elə bilirsən yaxşı iş görmüsən? Bu yaşlı babanı o boyda yolu təzədən qaytartdıracaqsan ki, aparıb 9 dənəsini qaytarım. Bizim boğazımızdan hələ haram tikə keçməyib, bala”. O gündən bu günə qədər mən çox şeyi anladım”.

İfaçı babasının bu davranışının onun musiqi seçimlərinə də təsir etdiyini bildirib:

“Mən Vaqif Gərayzadə məktəbi keçmişəm. O məktəbdən sonra istədiyim janra müraciət etmək barədə düşünəndə, daha çox qazanmaq istəyəndə elə bilirəm ki, mən haram tikə yemiş olaram. Onun sözləri mənə miras kimidir”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

15 Iyun 2024