• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Leyladan Mehribana cavab: “Onunla duet oxumaram”

MƏDƏNİYYƏT

23 May 2024 | 11:10

Leyladan Mehribana cavab: “Onunla duet oxumaram”

“Mehribanla duet oxumağa ehtiyacım yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Leyla Rəhimova “Rəngarəng səhər” verilişində deyib.

Proqramda qalmaqallı mahnı - “İncimişəm özümdən” mahnısından söz düşüb. İfaçı bundan sonra sözügedən mahnını oxumayacağını bildirib:

“Mən bundan sonra o mahnını oxumaram. Etdiyimi etdim, ondan artıq nə etmək olar ki? Bu mahnının söhbəti heç vaxt bitmir, bitməyəcək də. Mahnıda özümü tapmışam. İndinin özündə belə özümdən incimişəm”.

Qeyd edək ki, “İncimişəm özümdən” mahnısı müğənni Mehriban Qənbərova üçün yazılıb və sözügedən mahnının ilk ifaçısı da o olub. İfa Leyla Rəhimovanın təqdimatında daha da məşhurluq tapıb. Bu isə sənətçilər arasında münasibətlərin pozulmasına qədər gətirib çıxarıb.

Hətta bir neçə həftə öncə həmin mahnıya görə müğənni Pünhan Priyev və Mehriban Qənbərova arasında da qalmaqal yaşanıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR