• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Mərhum anasından danışan meyxanaçı ÜRƏK PARÇALADI

MƏDƏNİYYƏT

23 May 2024 | 09:40

Mərhum anasından danışan meyxanaçı ÜRƏK PARÇALADI

“Mənim atam uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər də nə qədər yaşayacağını demişdilər, amma anamda belə bir problem yox idi, ölümü ani oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə anasını itirən meyxanaçı Ruslan Müşfiqabadlı “Xəzar axşamı” verilişinə müsahibəsində deyib.

O, valideyninin son arzularından söz salıb:

“Mən evə gəlməyənə kimi o yatmazdı. İstəyir saat 4 olsun, istəyir 5. Rayonlardan qayıdanda da məni gözləyirdi. Həmişə mən evə gələndə qapını o açırdı. Həmin gün də zəng etdim ki, “ana, qapını aç”. Gəldi, açdı. Mətbəxdə oturub, danışdıq. Anam dedi ki, “gedib yatıram, yorğunam”, dedim ki, “yat, amma məni səhər tez oyadarsan”.  Dedi “yaxşı”.

O, anasının ölüm anından göz yaşları tökərək danışıb:

“Bir də gördüm ki, məni çağırır. Dedi “təcili yardım çağır, nəfəsim çatmır”. Təcili yardım gəldi, maşına mindirəndə qucağımda keçindi. Gizli “tromp” olub, ani anda kanala düşüb, dünyasını dəyişib. Ölməzdən öncə mənə üç dəfə dedi ki, “qorxma, oğlum”.

Qeyd edək ki, meyxanaçı Ruslan Müşfiqabadlının anası bir neçə həftə dünyasını dəyişib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026