• Bakı 18° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Əməkdar artistin səhhəti ilə bağlı oğlundan AÇIQLAMA

MƏDƏNİYYƏT

11 Noyabr 2025 | 14:33

Əməkdar artistin səhhəti ilə bağlı oğlundan AÇIQLAMA

"Atamın müalicəsi davam edir, beyninin oyanmasına çalışırlar. Həkimlər sepsis diaqnozu qoyublar, konkret söz deyə bilmirlər. Vəziyyəti nə yaxşıya doğru gedir, nə də pisə, stabildir".

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

"Həkimlər zamanla biləcəklər ki, atamın beyni oyanacaq, ya yox. Qismən süni tənəffüs aparatına qoşulub. İnfeksiya ilə bağlı müalicəsi davam edir. Gözünü hərdən açır, sonra yumur".

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR

10 Noyabr 2025