• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"Emirates" aviaşirkəti İraqa uçuş məhdudiyyətlərini uzadıb

DÜNYA

30 Noyabr 2024 | 18:58

Emirates aviaşirkəti İraqa uçuş məhdudiyyətlərini uzadıb

Dubayda yerləşən "Emirates" aviaşirkəti Bağdada uçuşların ləğv edilməsini dekabrın 14-dək uzadıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə aviaşirkətin saytında bildirilib.

""Emirates"in Bağdada və oradan qayıdış reysləri 14 dekabr 2024-cü il daxil olmaqla ləğv edilib", - deyə qeyd edilib. Bildirilib ki, Dubay-Bağdad marşrutu üzrə uçuşlar "Flydubai" büdcəli aviaşirkəti tərəfindən həyata keçirilir.

Aviaşirkət həmçinin xatırladıb ki, Beyruta uçuşlara məhdudiyyətlər dekabrın 31-nə qədər davam edir.


SON XƏBƏRLƏR

23 Aprel 2025