Tailandın paytaxtı Banqkokda yerləşən “The Ember” hotelində baş verən yanğın nəticəsində azı üç turist həlak olub.
Bakıvaxtı.az “Khaosod” istinadən xəbər verir ki, daha yeddi turist xəsarət alıb.
Ölənlərin milliyyəti hələ müəyyən edilməyib.
Məlumata görə, həlak olan turistlərdən biri hadisə yerində ölü tapılıb, digər ikisi isə xəstəxanada vəfat edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hoteldə 75 nəfər olub. Yanğın təxminən bir saat ərzindaə lokallaşdırılıb. Hazırda yanğının səbəbləri araşdırılır.