• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"İranın ABŞ-yə inamsızlığı hökm sürür" - Abbas Əraqçi

DÜNYA

29 Yanvar 2025 | 13:21 | Müəllif: Gülşən Şərif

"İranın ABŞ-yə inamsızlığı hökm sürür" - Abbas Əraqçi

"İran ABŞ prezidenti Donald Tramp administrasiyasından danışıqlarla bağlı heç bir mesaj almayıb".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazirlər Kabinetinin həftəlik iclasından sonra jurnalistlərin Trampın İrana yeni danışıqlarla bağlı mesaj göndərib-göndərmədiyi barədə sualını cavablandıran Əraqçi bildirib ki, ABŞ tərəfindən heç bir konkret mesaj göndərilməyib.

"Tehran qarşı tərəfin mövqeyini öyrənəcəyini gözləyir. Əgər İran ABŞ ilə danışıqların aparıla biləcəyi qənaətinə gəlsə, bu cür danışıqlar bərabərhüquqlu şəkildə aparılacaq", - deyə İran XİN naziri qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026