• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək

DÜNYA

30 Dekabr 2024 | 17:20

İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək

İsveçrə 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edəcək.

Bu barədə Bakıvaxtı.az-a ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq bu gün İsveçrənin 2026-cı il üçün ATƏT-ə sədr seçilməsini elan edib.

"Bu il güclü liderlik nümayiş etdirən və sədrliyi öz üzərinə götürən İsveçrəni təbrik edirəm. İsveçrənin bu rolu qəbul etməsi mühüm addımdır. Biz 2025-ci il yanvarın 1-dən Troyka üzvləri kimi sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirik", - İ.Borqun sözləri sitat gətirilib.


SON XƏBƏRLƏR

01 Yanvar 2025