Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdə keçirilən “Gürcüstan səfirləri Konfransı 2024”-ün bağlanış mərasimində çıxış edib.
Bakıvaxtı.az xarici mediaya istinadka xəbər verir ki, o, ölkəsinin Abxaziya və Cənubi Osetiya ilə bağlı ərazi bütövlüyü məsələlərinin sülh yolu ilə həllinin prioritet olduğunu vurğulayıb.
Kobaxidze gürcü diplomatların bu istiqamətdə beynəlxalq arenada fəal iş apardığını qeyd edib.
ABŞ-Gürcüstan münasibətlərinin son dövrlərdə gərginləşməsinə toxunan Baş nazir ikitərəfli əlaqələrin yaxşılaşdırılmasının Tiflis hökumətinin prioritetlərindən biri olduğunu bildirib.
Kobaxidze, həmçinin, qonşu ölkələrlə əməkdaşlığın vacibliyini qeyd edərək, Orta Dəhliz layihəsi kimi strateji təşəbbüslərin regionda sülhü təşviq etdiyini söyləyib.
Əli Hüseynov