• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Gürcüstanda yeni daxili işlər naziri təyin edildi

DÜNYA

30 Dekabr 2024 | 17:22

Gürcüstanda yeni daxili işlər naziri təyin edildi

Şalva Tadumadze Gürcüstanın daxili işlər naziri, Vaxtanq Gomelaurinin Baş nazirin müavini müavini təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Şalva Tadumadze 2019-cu ildən bu günə qədər Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini icra edib, eyni zamanda Ali Məhkəmənin müddətsiz təyin edilmiş hakimi olub. 2018-2019-cu illərdə o, Gürcüstanın Baş Prokuroru vəzifəsində çalışıb, həmçinin Gürcüstan Hökumət Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Şalva Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirərək hüquqşünas ixtisası alıb. 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanından keçib. 2006-2007-ci illərdə Tbilisi Siyasi Təhsil Məktəbində təhsil alıb.

Daxili işlər nazirinin yeni təyin olunmuş müavini həm dövlət, həm də özəl sektorda uzunmüddətli iş təcrübəsinə malikdir,” deyə- Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.


SON XƏBƏRLƏR

01 Yanvar 2025