• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ən böyük "ailə ağacı" - 27 milyon əcdaddan ibarət bir şəbəkə

DÜNYA

24 Yanvar 2023 | 12:50

Ən böyük ailə ağacı - 27 milyon əcdaddan ibarət bir şəbəkə

Tədqiqatçılar indiyə qədər ən böyük "insan nəsil ağacı"nı yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, yeni araşdırma bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır ki, bu da elm aləminin hələ də maraq dairəsindədir.

Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar və səkkiz müxtəlif məlumat bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək, tədqiqatçılar nəhəng bir "ailə ağacı" yarada biliblər.

Tədqiqatın aparıcı müəllifi Dr Enthony Wilder Wohns bildirib ki, əslində əcdadlarımızın genomlarını yenidən quraraq, onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə ediblər: "O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik”.

“Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alındı” - deyə Dr Wohns Reuters-ə araşdırma haqqında bildirib.

Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.

"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər", - deyə Dr Wohns əlavə edib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

25 Aprel 2024