Ukrayna Silahlı Qüvvələri daha 800-ə yaxın rus hərbçisi məhv edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatda qeyd olunub.
Bildirilir ki, Rusiyanın 24 fevral 2022-ci ildən 23 fevral 2023-cü il tarixədək şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 145 850 nəfər təşkil edib.
Məlumata görə, bu müddət ərzində qarşı tərəfin 3350 tankı, 6593 zirehli döyüş maşını, 2352 artilleriya sistemi, 471 reaktiv yaylım atəş sistemi məhv edilib.
“Rusiyanın 244 ədəd hava hücumundan müdafiə sistemi, 299 təyyarəsi, 287 helikopteri, 2029 operativ-taktiki səviyyəli pilotsuz uçan aparatları, 873 qanadlı raketi məhv edilib.
Bundan əlavə, 18 gəmi/qayıq, nəqliyyat vasitələri və tankerlər - 5215, xüsusi texnika - 228 məhv edilib”.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə edib ki, Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Murad Məmmədli






jpg-1679720586.webp)



jpg-1679686959.webp)






