• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rüstəm Muradov gərgin təzyiq altındadır

DÜNYA

23 Fevral 2023 | 11:27

Rüstəm Muradov gərgin təzyiq altındadır

Ötən 48 saat ərzində Baxmut istiqamətində ağır döyüşlər davam edib.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. Bildirilib ki, son 6 həftə ərzində Rusiyanın genişlənən mühasirəsinə baxmayaraq Ukrayna qüvvələri hələ də qərbə doğru tədarük xətlərini açıq saxlayırlar.

Əlavə olunub ki, Donetsk vilayətinin cənubunda yerləşən Uqledar şəhəri yenidən ağır artilleriya atəşinə məruz qalıb:

“Realist ehtimal var ki, Rusiya fevralın əvvəlində və 2022-ci ilin sonlarındakı uğursuz hücumlarından sonra əraziyə daha bir hücuma hazırlaşır”.

Qeyd olunub ki, Rusiya Qüvvələrinin Şərq Qrupu ehtimal ki, Uqledar əməliyyatı üçün məsuliyyət daşıyır.

Vurğulanıb ki, qrupun komandanı Rüstəm Muradov daha əvvəlki geri çəkilmələrinə görə Rusiyanın millətçi çevrələrinin sərt tənqidləri səbəbi ilə hazırda gərgin təzyiq altındadır.

“Lakin, çətin ki, Muradovun (Ukrayna xəttini) yarıb keçməsi üçün zərbə qüvvəsi olsun”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026