• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ərdoğan iyulda ABŞ-a gedəcək

DÜNYA

10 May 2024 | 16:35

Ərdoğan iyulda ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a əvvəllər təxirə salınmış səfər edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında deyib.

“Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”, – “Yeni Akit” qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Türkiyə rəsmilərinin əvvəllər bildirdiyinə görə, Ərdoğanın ABŞ-a səfəri mayın əvvəlinə planlaşdırılırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026